13:00 30-10-2021
news_image
106
FUTBOL

“Milan”ın istəyi

İtaliya A seriyasında çempionluğa oynayan “Milan” qış fasiləsində iki transfer reallaşdırmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, “rossonyerlər” yarımmüdafiə və hücum xəttini gücləndirmək üçün namizədlərini müəyyənləşdirib.

Milan klubu “Marsel”in orta sahə oyunçusu Bubakar Kamaranın keçidi üçün klubu ilə danışığa başlayıb. Fransızlarla gələn ilin yayına qədər olan müqaviləsini yeniləməkdən imtina edən 21 yaşlı futbolçunu “Marsel” yanvarda ucuz qiymətə satmağa razıdır.

Hücum xəttinə alınması nəzərdə tutulan futbolçu isə “İnternasional”dan Yuri Albertodur. Rəhbərlik 20 yaşlı forvardın keçidi üçün 10 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Kamara bu mövsüm “Marsel”in heyətində 11 oyunda 1 qol vurub. Alberto isə 2021-ci ildə keçirdiyi 49 matçda 18 dəfə fərqlənib, 4 qolun məhsuldar ötürməsini verib.