12:25 31-10-2021
news_image
699
FUTBOL

“Qəbələ” “Partizani”dən hücumçu gətirir – YALNIZ BİZDƏ

Premyer Liqada mövsümün sürpriz komandası “Qəbələ” qış fasiləsində heyətini bir qədər də gücləndirmək niyyətindədir.

Apasport.az saytının əldə etdiyi məlumata görə, “qırmızı-qaralar”, xüsusən də, hücum xəttinə yeni futbolçu cəlb etməyi planlaşdırır.

Baş məşqçi Elmar Baxşıyevin siyahısında adı olan futbolçulardan biri “Partizani”nin forvardı Lukas Kardosodur. Bölgə təmsilçisi Albaniya klubunun braziliyalı hücumçusu ilə danışıqlara artıq start verib. Kardoso “Partizani” üçün heç də əvəzedilməz oyunçu sayılmır. Bu səbəbdən razılıq əldə olunarsa, albanlar onun karyerasını ölkəmizdə davam etdirməsinə mane olmaz.

Qeyd edək ki, 2018-ci ildən müqavilə ilə “Partizani”yə məxsus olan Lukas Kardoso ötən iki ili icarə əsasında müvafiq olaraq “Drita” və “Besa”da keçirib. O, cari mövsüm Tirana təmsilçisinin heyətində keçirdiyi 9 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə verib. Hücumun bütün xətlərində oynamağı bacaran forvardın əsas mövqeyi sol cinah vingerdir.