11:12 31-10-2021
news_image
249
FUTBOL

Türkiyə millisinin əcnəbi baş məşqçiləri – “20-lik”

Türkiyə millisini indiyə qədər çalışdırmış əcnəbi mütəxəssislərin adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Şenol Günəşin istefasında sonra bu posta gətirilən Stefan Kuntz “ay-ulduzlular”ın 20-ci əcnəbi baş məşqçisidir.

Ona qədər 1924-cü ildən bəri 19 xarici ölkə vətəndaşı qardaş ölkə təmsilçisinin əsas komandasına rəhbərlik edib. Ancaq statistika göstərir ki, komanda ən böyük uğurlara yerli mütəxəssislərlə qazanıb.

Türkiyə millisinin əcnəbi baş məşqçiləri:
1. Billy Hunter (1924-26)
2. Bela Tot (1928)
3. Fred Paqnam (1932)
4. Ceyms Donnelli (1936-37)
5. İnyak Molnar (1948, 1959-60)
6. Peter Molloy (1948-49, 1950)
7. Cimmi Makkormik (1950-51)
8. Sandro Puppo (1952-54, 1960-62, 1965-66)
9. Zarko Mixayloviç (1955)
10. Covanni Varglien (1956)
11. Laslo Şekeli (1957)
12. Leandro Remondini (1958-59)
13. Lyubişa Spayiç (1962)
14. Abdulah Geqiç (1969)
15. Nikolae Petresku (1971)
16. Kalman Meşoli (1985)
17. Sepp Piontek (1990-93)
18. Qus Hiddink (2010-11)
19. Mirça Luçesku (2017-19)
20. Stefan Kuntz (2021-?)