13:37 31-10-2021
news_image
135
FUTBOL

Ronaldonun arzusu

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo gələcəklə bağlı hədəfini müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”in forvardı təkcə gələn ilki yox, 2026-cı ildə baş tutacaq dünya çempionatında da iştirak etmək arzusundadır.

36 yaşlı hücumçu hazırda yaxşı fiziki formadadır və 2026-cı ildəki mundiala qatılmağı düşünür. O, Qətərdəki DÇ-2022-yə yollansa, bu sayca 6-cı dünya çempionatı olacaq. 2026-cı ildə CR7-nin 41 yaşı olacaq.

Qeyd edək ki, Kriştiano Ronaldo 4 dünya çempionatında (2006, 2010, 2014, 2018) çıxış edib. Superulduz beş dünya çempionatına qatılmış almaniyalı Lotar Matteus və meksikalılar Rafael Markeslə Antonio Karbahalın rekordunu təkrarlamağa yaxındır.