13:52 30-10-2021
news_image
98
FUTBOL

Kloppdan şikayət: “5 futbolçu alsaq, problem yaşamarıq”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp komandadakı durumdan razı deyil.

Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis zədəli futbolçuların çoxluğundan şikayətlənib.

O, xüsusən də, yarımmüdafiə xəttində seçim imkanının az olduğunu söyləyib: “Cəmi dörd yarımmüdafiəçimiz qalıb. Halbuki mövsümün əvvəlində bu mövqedə səkkiz nəfər var idi. Bu, heç də xoş hal deyil. Belə problemləri necə həll edəcəyimi bilmirəm. “Transfer pəncərəsi”ndə daha 5 futbolçu alsaq, o zaman heç bir mövqedə problem yaşamarıq. İndi zədələrlə bağlı problemlərin yeganə həlli əlimizdə olan oyunçulardan istifadə etməkdir”.

Qeyd edək ki, “Liverpul” hazırda İngiltərə Premyer Liqasında liderlər mövqeyində qərarlaşıb.