14:13 30-10-2021
news_image
370
FUTBOL

Namik Ələskərov top “oğurlayan”ların siyahısına düşdü

Azərbaycan millisinin hücumçusu Namik Ələskərov klubu “Bursaspor”da daha bir statistik göstərici ilə yadda qalıb.

Apasport.az saytının məlumatına görə, 26 yaşlı futbolçu bu dəfə müdafiəçi xüsusiyyətləri baxımından fərqlənib.

Məsələ burasındadır ki, TFF I Liqasının geridə qalan 9 turunda komandanın heyətində rəqiblərdən ən çox top “oğurlayan” oyunçuların adları açıqlanıb. Bu statistikada Ələskərov ikinci yerdə qərarlaşır. O, hər matçda orta hesabla 1,8 dəfə rəqib oyunçudan topu alıb. Namik yalnız orta sahə oyunçusu Emirhan Aydoğdudan (3,3 dəfə) geri qalır. Burak Altıparmak, Kerem Şen və İsmail Yüksekdə isə bu rəqəm 1,3-dür.

Qeyd edək ki, Namik Ələskərov cari mövsüm TFF I Liqasında 1 qol, 1 assistlə yadda qalıb. Onun komandası 11 xalla 11-ci pillədə qərarlaşır.