17:40 31-10-2021
news_image
463
FUTBOL

“Araz-Naxçıvan” qrup ikincisi oldu - YENİLƏNİB

Futzal üzrə Çempionlar Liqasında əsas mərhələyə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, Azərbaycanı bu turnirdə təmsil edən “Araz-Naxçıvan” bu gün yer aldığı 6-cı qrupda son oyununa çıxıb.

B yolunda mübarizə aparan ölkə çempionumuz son matçında “Liqeni” ilə üz-üzə gəlib. İlk iki turda 3 xal qazanan Joze Alesio da Silvanın yetirmələri üçün kosovolularla görüş formal xarakter daşıyıb. Çünki aktivində 6 xal olan “Uraqan” “Araz-Naxçıvan”la “Liqeni”ni məğlub etdiyindən, şəxsi oyunlardakı üstünlüyə görə, birinci yeri – Elit-raunda vəsiqəni rəsmiləşdirib.

Məhsuldar və gərgin alınan, hətta son saniyələrdə dava-dalaşın düşdüyü matçda "Liqeni"dən 3, "Araz-Naxçıvan"dan isə 1 nəfər qırmızı vərəqə alıb. Görüşdə Azərbaycan çempionu 6 qol vursa da, bu, qələbə üçün yetərli olmayıb. Rəqibi ilə heç-heçə edən "Araz-Naxçıvan" 4 xalla qrupu ikinci pillədə tamamlayıb.

Nəticəsi heç bir önəm kəsb etməyən “Uraqan” – “Yunayted Qalati” görüşü isə Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” ilk iki oyunda “Uraqan”a məğlub olub (1:2), “Yunayted Qalati”yə qalib gəlib (5:3).

Çempionlar Liqası, Əsas mərhələ
B yolu, VI qrup, III tur
31 oktyabr
16:00. “Liqeni” (Kosovo) – “Araz-Naxçıvan” - 6:6
Qollar:
Şqipeon Brahimi, 12:05, 33:58, Anton Uka, 19:00 (pen.), Arben Şkodra, 25:54, Abril Qarsiya, 35:25, Yulian Diaz, 39:07 - İsa Atayev, 6:18, 24:30, Felipinyo, 9:09, Maneka, 9:41, Ramiz Çovdarov, 11:15, David Qustavo, 22:49
İvano–Frankovsk

1

Uraqan

2

2

0

0

9-2

6

2

Araz-Naxçıvan

3

1

1

1

12-11

4

3

Liqeni

3

1

1

1

13-17

4

4

Yunayted Qalati

2

0

0

2

7-11

0