15:02 30-10-2021
news_image
158
FUTBOL

Dünya çempionatı öncəsi təqvim

Almaniya Bundesliqasının növbəti mövsüm üçün təqvim layihəsi hazırlanıb.

Apasport.az saytının məlumatına görə, yarışın təşkilatçıları həmin layihəni artıq təqdim edib.

Plana əsasən, XV turun oyunları gələn il noyabrın 11-13-də, yəni DÇ-2022-nin startına bir həftə qalmış keçiriləcək. Almanlardan əvvəl isə Fransa Liqa1-də 12-13 noyabr tarixlərinə oyunların təyin olunduğu təqvim layihəsini dərc olunub.

Qeyd edək ki, gələn il Qətərin ev sahibliyi edəcəyi dünya çempionatına noyabrın 21-də start veriləcək.