15:45 30-10-2021
news_image
77
FUTBOL

Paytaxt klubunda 100-ə çatdı

İngiltərə Premyer Liqasının X turunda “Lester”lə keçirilən oyun “Arsenal”ın yarımmüdafiəçisi Bukayo Saka üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, səfər qarşılaşmasında start heyətində meydana daxil olan 20 yaşlı oyunçu yubiley matçına çıxıb.

Bu, Sakanın paytaxt təmsilçisinin heyətində 100-cü görüşü olub. Saka bundan əvvəlki 99 oyunda 13 qol vurub, 22 məhsuldar ötürmə verib.

Qeyd edək ki, “Arsenal”ın yetirməsi olan Bukayo Saka 2018-ci ildən əsas komandada çıxış edir.