17:07 30-10-2021
news_image
106
FUTBOL

Milli üzvü müqavilə bağlayacağını açıqladı

“Çelsi”nin müdafiəçisi Antonio Rudiger gələcəyi ilə bağlı qərarını vermək üzrədir.

Apasport.az saytının məlumatına görə, Almaniya millisinin üzvü London təmsilçisi ilə yeni müqavilə imzalamağa yaxındır.

Bunu ulduz futbolçu özü də təsdiqləyib. O, uzun müddətdir danışıqların davam etdiyini və komandada qalmaq arzusunda olduğunu açıqlayıb. 28 yaşlı mərkəz müdafiəçisi bir neçə klubun maraq dairəsində olmasına baxmayaraq, tezliklə “zadəganlar”la yeni sazişə qol çəkməyi düşünür. Razılıq əldə olunarsa, komandada illik maaşı 10 milyon avroya yüksəldiləcək.

Qeyd edək ki, Antonio Rudigerin hazırkı müqavilə müddəti mövsümün sonuna qədərdir.