16:02 30-10-2021
news_image
223
FUTBOL

“Sabah” yeni baş məşqçisini açıqladı

“Sabah” yeni baş məşqçini müəyyənləşdirib.

Apasport.az xəbər verir ki, paytaxt klubu bir müddətdir danışıq apardığı Murad Musayevlə müqaviləni rəsmiləşdirib.

Klub rəsmi saytı vasitəsilə rusiyalı mütəxəssisin təyinatını açıqlayıb. 37 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Musayev bu postda Premyer Liqanın VII turunda “Qarabağ”a məğlubiyyətdən sonra istefa verən Ramin Quliyevi əvəz edib. Yeni çalışdırıcı komandada işinə gələn həftə başlayacaq.

Qeyd edək ki, Murad Musayevin son iş yeri “Krasnodar” (2018-2021) olub.