16:44 30-10-2021
news_image
129
FUTBOL

“Qalatasaray”da maaş limiti qoyuldu

“Qalatasaray” maaş limitini müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, Türkiyə klubu bundan sonra futbolçulara maksimum 2 milyon avro illik məvacib ödəyəcək.

Heç bir oyunçu bu məbləğin üzərində pul əldə edə bilməyəcək. Əvvəllər Türkiyə nəhəngləri heyətinə cəlb etdiyi ulduz futbolçulara 3-5 milyon avroluq maaş təyin edib. Yenicə Radamel Falkao ilə yollarını ayıran “Qalatasaray” isə digər yüksək ödənişlilərə də şərt kəsib. Onlar ya maaşın azaldılmasına razılıq verəcək, ya da yola salınacaq.

“Qalatasaray” rəhbərliyi bu addımı həm yeni transferlərə yer açmaq, həm də maliyyə feyr-pley qaydalarına əməl etmək üçün adıb.