20:31 30-10-2021
news_image
139
FUTBOL

Qurban Qurbanov: “Belə nəticəni gözləmirdim”

“Tam belə nəticəni gözləmirdim”

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının IX turunda “Neftçi” üzərində qazanılan 3:0 hesablı qələbəni dəyərləndirərkən deyib.

Əzəli rəqibini darmadağın edən ağdamlılar xallarının sayını 20-yə yüksəldərək, vahid liderliyi ələ keçirib. Qurbanov qarşılaşmanın ardından “CBC Sport”a açıqlamasında fikrini bu sözlərlə davam etdirib: “Futbolçularımı təbrik edirəm, çox yaxşı mübarizə apardılar. Vacib qələbə qazandıq. Gərgin qrafikdə olsaq da, çox yaxşı komandaya qalib gəldik. “Neftçi” oyunu, futbolçuları ilə tam fərqli komandadır. Futbolda istənilən hesab ola bilər. Tam belə gözləmirdim. Amma ən yaxşı nəticəyə inanırdım”.

- Gərgin qrafikdə oyunlar keçirirsiniz. Komandanızı necə motivasiya etdiniz?
- Komandada motivasiyanın ilboyu qaydasında olmasına çalışırıq. Futbolçular da bunu bacarırlar. “Kayrat”, “Səbail”, “Neftçi” ilə ardıcıl oyunlar oldu. Ardında “Kayrat” və “Sumqayıt”la görüşlər olacaq. Bunlar futbolçuları daha da peşəkar hala gətirir. Oyunçular daha yaxşısını etməlidirlər. Hazırlaşmağa vaxtımız azdır. Amma futbolçularıma güvənirəm. Təkcə mən yox, onlar özləri də daim bir-birləri ilə ünsiyyətdədirlər. Onlar özlərini də daim motivasiya edirlər.