20:11 31-10-2021
news_image
662
FUTBOL

“Qəbələ” uduzdu, "Sumqayıt" qələbə həsrətinə son qoydu - YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, turun ikinci günündə daha iki oyun keçirilib.

Dünənki qarşılaşmalar Bakıda baş tutmuşdusa, bu dəfə azarkeşlər Qəbələ və Sumqayıtdakı matçlara şahidlik edib.

Əvvəlcə mövsümün müsbət və mənfi mənada sürpriz komandaları olan “Qəbələ” ilə “Sabah” üz-üzə gəlib. İlk qələbəsini ötən turda qazanan bakılılar Murad Musayevlə müqavilə bağlamasına baxmayaraq, səfər görüşünə baş məşqçisiz çıxıb. Buna baxmayaraq, paytaxt təmsilçisi Qəbələdən də 3 xalla dönməyə müvəffəq olub.

Yalnız böyükhesablı məğlubiyyətə mane olmağa gücü çatan “Qəbələ” isə turnir cədvəlində ikinci pilləyə yüksəlmək şansını əldən verib.

Tura “Sumqayıt” – “Səbail” görüşü ilə yekun vurulub. Turnir cədvəlində qonşu olan komandaların duelindən qalib ayrılan tərəf ilk “dördlük”lə aradakı xal fərqinin böyüməsinə mane olacaqdı. Bir həftə əvvəl “Sabah”a qalmaqallı şəkildə uduzan “Sumqayıt”, nəhayət ki, 6 oyunluq qələbə həsrətinə son qoyub.

Bu qalibiyyət sayəsində “gənclik şəhəri” təmsilçisi rəqibini turnir cədvəlində geridə qoyub. Son yarım saatı azlıqda keçirən paytaxt klubu isə VIII turda “Qarabağ” üzərindəki qələbənin təsadüfi olduğunu göstərib.

Qeyd edək ki, turun dünən keçirilən oyunlarında “Zirə” “Keşlə”ni 2:0, “Qarabağ” isə “Neftçi”ni 3:0 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqası
IX tur
30 oktyabr (bazar)
16:00. “Qəbələ” – “Sabah” - 1:3
Qollar: 
İsnik Alimi, 69 (pen.) - Coy-Lens Mikels, 20, Fofana Tiemoko, 39, Aleksey İsayev, 63
Baş hakim: Elçin Məsiyev
“Qəbələ”: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 34. Urfan Abbasov, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani, 9. Fernan Lopes, 33. Hüseyn Mürsəlov
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 6. Kamal Mirzəyev, 77. Emil Səfərov, 88. Gülağa Əsədov
Baş məşqçi: Elmar Baxşıyev
“Sabah”: 1. Səlahət Ağayev (k), 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 26. Fofana Tiemoko, 3. Zurab Oçiqava, 20. Coy-Lens Mikels, 11. Kristian Sebalyos, 66. Abdulax Xaibulaev, 33. Camal Cəfərov
Ehtiyat oyunçular: 32. Rustam Samigullin, 94. Yusif İmanov, 14. Slavik Alxasov, 17. Xuan Kamara, 24. Mixeil Erqemlidze, 5. Arsen Ağcabəyov, 8. Şakir Seyidov, 21. İldar Alekperov, 19. Kamran Quliyev, 29. Ceyhun Nuriyev, 13. Abdulla Rzayev, 87. Nazim Həsənzadə
Məşqçi: Rəşad Hüseynov
Qəbələ şəhər stadionu

18:15. “Sumqayıt” – “Səbail” - 2:0
Qollar: 
Rəhim Sadıxov, 38, Səid Rza, 74
Qırmızı vərəqə: Nikolas Raysel, 63
Baş hakim: Fərid Hacıyev
“Sumqayıt”: 1. Tərlan Əhmədli, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 5. Camaləddin Xocaniyazov, 23. Səid Rza, 8. Səbuhi Abdullazadə
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 18. Süleyman Əhmədov, 30. Nəbi Məmmədov, 33. Eltun Turabov, 74. Yusif Nəbiyev, 20. Roman Hüseynov, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə, 27. Nihad Ağayev
Baş məşqçi: Ayxan Abbasov
“Səbail”: 1. Kamran Ağayev, 14. Rahid Əmirquliyev (k), 3. Turan Manafov, 5. Adil Nağıyev, 7. Mirsayib Abbasov, 11. Rauf Əliyev, 21. Məhəmməd Mirzəbəyov, 33. Domantas Şimkus, 30. Camal Araqo, 32. Nikolas Raysel, 20. Orxan Fərəcov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 31. Nail Alışov, 17. Elçin Rəhimli, 22. Əfran İsmayılov, 8. Elşən Abdullayev, 10. Cavid Tağıyev, 2. Elton Əlibəyli, 88. Elmir Tağıyev, 24. Elvin Sərkarov, 38. Zeynəddin Abdurahmanov
Baş məşqçi: Aftandil Hacıyev
Sumqayıt. “Kapital Bank Arena”

1

Qarabağ

9

6

2

1

18-7

21

2

Neftçi

9

5

2

2

16-13

17

3

Qəbələ

9

4

3

2

16-11

15

4

Zirə

9

4

3

2

12-8

15

5

Sumqayıt

9

3 2 4

7-8

11

6

Səbail

9 3 0 6

8-18

8

7

Keşlə

9

2

1

6

8-16

7

8

Sabah

9

2

1

6

9-13

7

Bombardirlər: Filip Ozobiç ("Qarabağ") - 6 qol, Davit Volkov ("Zirə") - 5 qol, Abdullah Zubir ("Qarabağ"), Ülvi İsgəndərov ("Qəbələ") - 4 qol