10:36 31-10-2021
news_image
195
FUTBOL

355 gündən sonra gələn darmadağın

Azərbaycan çempionatları tarixində “Qarabağ”la “Neftçi” arasında keçirilən 85-ci oyunda 6-cı darmadağın qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Azərbaycan derbilərində 5-ci dəfə “ağ-qaralar”ı 3 və daha çox top fərqi ilə məğlub edib.

Rəqib qapısından 4 cavabsız top keçirən “Qarabağ” 1992-ci ildən başlayan rəqabətdə ilk dəfə “Neftçi” üzərində 4:0 hesablı qalibiyyətə sevinib. 2011-ci ildə 3:0, 2014-cü ildə 4:1, 2016-cı ildə 3:0 və 2020-ci ildə 6:0-lıq darmadağınlarla yadda qalan Ağdam təmsilçisi təxminən birillik fasilədən sonra yenidən rəqibini biabır edib. 

Son olaraq ötən il noyabrın 8-də 0:6 hesabına üzülən “Neftçi” 355 gündən sonra eyni halla üzləşib. Növbəti darmadağın bir ilin tamamına on gün qalmışa təsadüf edib.

Qeyd edək ki, “Neftçi” tarixi ərzində “Qarabağ” üzərində yeganə böyükhesablı qələbəsini 21 il əvvəl – 2000-ci ildə (4:0) qazanıb.