00:00 01-11-2021
news_image
141
FUTBOL

İbrahimoviçdən etiraf: “Əvvəlki kimi oynaya bilmərəm”

“Uzun ömürlü olmağımın sirri başımdadır. Sübut etməyə çalışıram ki, 40 sadəcə bir rəqəmdir və sevdiyim işlə məşğul ola bilərəm. Hər gün irəliləmək istəyirəm. Açığı, əvvəlki kimi oynaya bilmərəm. Amma indi daha ağıllıyam və daha çox təcrübəm var.

Apasport.az saytının məlumatına görə, bunu “Milan”ın hücumçusu Zlatan İbrahimoviç karyerasının uzunömürlü olmasının sirri barədə danışarkən deyib.

İsveçli forvard hələ də futboldan getmək barədə düşünmədiyini söyləyib: “Öz oyunuma təəccüblənmirəm. Mən ən yaxşıyam. Əgər ən yaxşısansa, buna necə təəccüblənmək olar? Mənim vəzifəm komanda yoldaşlarımın daha güclü olmasına kömək etməkdir. Daha sübut edəcək heç nəyim yoxdur. Amma hələ də davam edə biləcəyimi düşünərək, ayrılıb sonra peşman olmaq istəmirəm. Qovulana qədər yox, getmək vaxtının çatdığını başa düşənə qədər karyeramı bitirmək istəmirəm. Bundan sonra nə olacağını hələ bilmirəm. Mümkün qədər davam etmək istəyirəm. “Milan” mənimlə yeni müqavilə imzalamasa, karyeramı başqa yerdə davam etdirə bilərəm”.

Qeyd edək ki, İbrahimoviçin “Milan”la müqavilə müddəti mövsümün sonuna qədərdir.