09:10 01-11-2021
news_image
86
FUTBOL

A seriyası tarixinin dördüncüsü

İtaliya A seriyasının XI turunda “Roma” üzərində səfər qələbəsi (2:1) qazanan “Milan” mühüm statistik nailiyyətə imza atıb.

Apasport.az saytının məlumatına görə, “rossonyerlər” mövsümün ilk 11 matçında 10 qələbə qazanmaqla buna nail olub.

O, bunu bacaran dördüncü komandadır. Əvvəllər belə uğuru bir dəfə “Roma”, iki dəfə “Yuventus”la “Napoli” əldə edib. Stefano Piolinin yetirmələri bu mövsüm yalnız “Yuventus”la səfər görüşündə (1:1) aktivinə 3 xal yazdıra bilməyib.

Qeyd edək ki, “Milan” 31 xalla “Napoli” ilə birlikdə ilk iki pilləni bölüşür.