10:29 01-11-2021
news_image
96
FUTBOL

“Neftçi”də 15 oyunluq seriya qırıldı

“Neftçi”nin Premyer Liqadakı qollu oyunlar seriyası qırılıb.

Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, Bakı klubu IX turun “Qarabağ”la görüşündə fərqlənə bilməyib – 0:4.

Cari mövsümün əvvəlki 8 matçının hamısında qol sevinci yaşayan “ağ-qaralar” ötən çempionatın son 7 qarşılaşmasında da rəqib qapısına yol tapmışdı. Bu il aprelin 4-də öz meydanında “Sumqayıt”a 0:2 hesabı ilə uduzandan sonra paytaxt təmsilçisi ardıcıl 15 oyunda qol vurmuşdu.

Bu görüşlərdə “Neftçi” ümumilikdə 33 dəfə fərqlənib.