11:02 01-11-2021
news_image

İrina Zaretska bir yarışda iki qızıl medal qazandı

Azərbaycan millisinin karateçisi İrina Zaretska Çexiyanın Plzen şəhərində beynəlxalq turnirin ikiqat qalibi olub. 

Azərbaycan Karate Federasiyasından apasport.az saytına verilən məlumata görə, Olimpiya mükafatçımız 68 kq çəki dərəcəsindən əlavə mütləq çəkidə çıxışında da rəqiblərini məğlub edib.

“Qara Qaplan” klubunun üzvü Veronika Qaşnikova isə 47 kq çəki dərəcəsində qızıl medal qazanıb.

Karateçilərimiz beynəlxlaq turnirdə qadınların baş məşqçisi Denis Morozovun rəhbərliyi altında iştirak ediblər.