13:53 01-11-2021
news_image
144
FUTBOL

“Tottenhem” baş məşqçisi ilə vidalaşdı

“Tottenhem”də gözlənilməz ayrılıq baş verib.

Apasport.az saytının məlumatına görə, London klubu baş məşqçisi Nuno Eşpirito Santo ilə vidalaşıb.

“Tottenhem” portuqaliyalı mütəxəssisin müqavilənin ləğv edildiyini açıqlayıb.

O, komandanın sükanı arxasına bu ilin yayında gətirilmişdi.

Qeyd edək ki, “Tottenhem” 10 turdan sonra Premyer Liqada 15 xalla 8-ci pillədə qərarlaşır.