20:46 01-11-2021
news_image

Dünya çempionatına qatılacaq sərbəst güləşçilərimiz müəyyənləşdi - HEYƏT

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, mundialın son 3 günündə (5-7 noyabr) sərbəst güləşçilər mübarizə aparacaq. 

Məsul yarışda ölkəmizi baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Zirəddin Bayramov (65 kq), Murad Yevloyev (70 kq), Turan Bayramov (74 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq) və İslam İlyasov (97 kq) təmsil edəcək.

Qeyd edək ki, noyabrın 4-də bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti gün Əliabbas, Zirəddin, Murad, Əşrəf və İlyas qüvvələrini sınayacaqlar. Ayın 6-da isə İntiqam, Turan, Abubakr və Osman mübarizəyə qoşulacaq.