00:00 02-11-2021
news_image
86
FUTBOL

Messi daha bir oyunu buraxa bilər

PSJ Çempionlar Liqasının qrup mərhələsində “Leypsiq”lə oyunda daha bir aparıcı futbolçunun xidmətindən məhrum ola bilər.

Apasport.az saytının məlumatına görə, hücumçu Lionel Messinin IV tur matçını buraxma riski var.

Fransa Liqa1-nin geridə qalan turunda “Lill” ilə (2:1) görüşün fasiləsindən sonra əzələ narahatlığına görə meydana çıxmayan argentinalının dizində yüngül problem aşkarlanıb. Bu üzdən onun “Leypsiq”lə qarşılaşmada meydana çıxması sual altındadır.

Qeyd edək ki, noyabrın 3-də keçiriləcək “Leypsiq” – PSJ oyununda qonaqların digər hücumçusu Kilian Mbappe də iştirak etməyə bilər.