00:34 02-11-2021
news_image
118
FUTBOL

İbrahimoviç: “Mbappe oddan keçməlidir”

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç PSJ-dəki həmkarı Kilian Mbappenin çıxışını dəyərləndirib.

Apasport.az saytının məlumatına görə, isveçli forvard gənc oyunçunun dünyanın ən yaxşısı ola biləcək səviyyədə olduğunu bildirib.

Lakin onun fikrincə, Fransa millisinin üzvü hələ də üzərində çalışmalıdır: “Mbappeni bəyənirəm, amma o, kifayət qədər iş görmür. Əziyyət çəksə, çox güclü ola bilər. Qanı hiss etməli və oddan keçməlidir. Ətrafınıza kifayət qədər güclü olmadığınızı və ən yaxşısını bacara biləcəyinizi söyləyəcək insanları toplayıb”.

Qeyd edək ki, PSJ ilə müqavilə müddəti mövsümün sonuna qədər olan Kilian Mbappe “Real”a keçmək niyyətindədir.