22:53 01-11-2021
news_image
232
FUTBOL

Millimizin futbolçuları Türkiyədə üz-üzə gəldi - Vüsal İsgəndərli “fərqləndi”

Azərbaycan millisinin futbolçuları Namik Ələskərovla Vüsal İsgəndərli Türkiyədə üz-üzə gəlib.

Apasport.az saytının məlumatına görə, həmyerlilərimizin komandaları “Bursaspor” və “Keçiörengücü” TFF I Liqasının XI turunda qarşılaşıb.

Bursada baş tutan matça həm Namik, həm də Vüsal start heyətində meydana çıxıb. “Bursaspor”da Ələskərov 73-cü, “Keçiörengücü”də İsgəndərli isə ondan bir dəqiqə sonra əvəzlənib. Həmyerlilərimizdən yalnız Vüsal 53-cü dəqiqədə sarı vərəqə almaqla yadda qalıb. 
Bursalılar Kerem Şen (5-ci dəqiqə) və İsmayıl Yüksekin (35) birinci hissədə vurduğu qollar sayəsində 2:0 hesablı qələbə qazanıb.

Bununla xallarının sayını 14-ə çatdıran “Bursaspor” turnir cədvəlində 7-ci pilləyə yüksəlib. “Keçiörengücü” isə aktivində 7 xalla 18-ci yerdədir.