09:31 02-11-2021
news_image
110
FUTBOL

Daha bir əfsanəsi “Barselona”nı tərk etdi

“Barselona”da daha bir ayrılıq baş verib.

Apasport.az saytının məlumatına görə, köməkçi məşqçi Henrik Larsson postundan gedib.

Kataloniya klubunun və İsveç millisinin əfsanəvi hücumçusu yenicə istefa verən baş məşqçi Ronald Kumanın köməkçisi idi. O, vəzifəsindən getdiyini özü açıqlayıb: “Bu hekayə başa çatdı. Daha deməyə sözüm yoxdur”.

Qeyd edək ki, “Barselona”nın məşqçilər korpusuna ötən ilin avqustunda qoşulan Henrik Larssonun müqavilə müddəti mövsümün sonuna qədər idi.