09:50 02-11-2021
news_image
149
FUTBOL

Yığmamızın futbolçusu CIES-in siyahısında - driblinq ustaları

Ukrayna Premyer Liqasında ən yaxşı driblinq ustalarının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) araşdırmasına əsasən, bunu ən çox bacaran 10 oyunçu reytinqlə sıralanıb.

Maraqlıdır ki, siyahıda Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadə də var. “Minay”ın hücumçusu orta hesabla hər matçda 4,11 uğurlu driblinq edib və bununla 8-ci pillədə qərarlaşıb. Onun cəhdlərinin 44,22 faizi dəqiq alınıb. Cədvələ isə Donetsk “Şaxtyor”unun oyunçusu Manor Solomon (8,09) başçılıq edir.

Qeyd edək ki, reytinqdə bu mövsüm rəqiblərini aldatmaq üçün ən azı 40 cəhd edən oyunçular yer alıb.