10:43 02-11-2021
news_image
451
FUTBOL

“Traktor”un iki hücumçusu “Sumqayıt”ın hədəfində - YALNIZ BİZDƏ

“Sumqayıt” İran bazarında axtarışlarını davam etdirir.

Apasport.az saytının əldə etdiyi məlumata görə, “gənclik şəhəri” təmsilçisi qonşu ölkədə çıxış edən daha iki oyunçuya göz dikib.

Bu dəfə baş məşqçi Ayxan Abbasova iki gənc oyunçu təklif olunub. Rəhbərlik “Traktor”un hücumçuları Səid Kərimazar və Məhəmməd Qaderi ilə yaxından maraqlanır. Müvafiq olaraq 19 və 21 yaşları olan oyunçular perspektiv vəd etdiyindən, “kimyaçılar” onları gələcək üçün heyətə cəlb etməyi nəzərdən keçirib.

Hər iki futbolçunun müqavilə müddətinin mövsümün sonuna qədər olması Premyer Liqa təmsilçisini bu keçidlərə həvəsləndirir. “Traktor” akademiyasının yetirməsi olan Kərimazar bu ildən əsas komandaya da cəlb olunursa, Qaderi bu kluba ötən ilin oktyabrında “Maşinsazi”dən keçib.

Qeyd edək ki, hər iki futbolçu hücumun cinahlarında çıxış edir. Vaxtilə İranın U-17 millisinin formasını geyinmiş Qaderi eyni zamanda pleymeyker mövqeyində də oynamağı bacarır.