11:16 02-11-2021
news_image
138
FUTBOL

Huşunu itirən futbolçu ilk klubunda qayıdır

“İnter”in yarımmüdafiəçisi Kristian Eriksen yaşıl meydanlara qayıtmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, Danimarka millisinin üzvü başqa klubun heyətində meydana çıxacaq.

29 yaşlı pleymeyker ilk klubu olan “Ayaks”a qayıtmaq üzrədir. Amsterdam klubunun onu qaytarmaq istəyinə italyanlar müsbət cavab verib. “İnter”in transferə çıxardığı oyunçu ilə bağlı Niderland təmsilçisi qarşı tərəflə danışıqlar aparır. Eriksenin qış fasiləsində “Ayaks”a dönməsi gözlənilir.

Qeyd edək ki, AVRO-2020-nin qrup mərhələsində Finlandiya ilə matçda ürəktutmadan huşunu itirən Kristian Eriksen 2010-2013-cü illərdə “Ayaks”ın formasını geyinib.