12:07 02-11-2021
news_image
285
FUTBOL

"Neftçi"nin yerli futbolçuları Samir Abasova XƏBƏR GÖNDƏRDİ

Samir Abasovun “Qarabağ”la derbidən (0:4) sonra mətbuat kofnransında səsləndirdiyi fikirlər “Neftçi”nin yerli futbolçuları tərəfindən narazılıqla qarşılanıb.

Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, komanda üzvləri baş məşqçinin biabırçı məğlubiyyətdə onları günahkar sayması və səviyyələrini şübhə altına almasını həzm edə bilmir.

Bununla bağlı şikayətlərini klub nümayəndələri vasitəsilə çalışdırıcının diqqətinə çatdırıblar. Bildiriblər ki, Abasovun söylədikləri kollektiv daxilində parçalanma yaradır, ayrı-seçkilik meyllərini gücləndirir:

“O, yalnız legionerlərə simpatiya bəsləyir. Biz bunu neçə vaxtdır müşahidə edirik. Legioner səhv edəndə, onlara güldən ağır söz demir, uduzanda isə bizim üstümüzə düşür”.