13:11 02-11-2021
news_image
195
FUTBOL

“Qarabağ”ın “Kayrat”la oyunun hakimləri açıqlandı

Konfrans Liqasının qrup mərhələsinin “Kayrat” – “Qarabağ” oyununun hakimləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, UEFA IV tur çərçivəsində Qazaxıstanda keçiriləcək görüşə Moldovadan olan hakimlər briqadasını göndərmək qərarına gəlib.

Matçı Dumitri Muntean idarə edəcək. Ona Andrey Bodean və Viktor Mardari yardımçıq olacaqlar. Matçın 4-cü hakimi funksiyasını Vyaçeslav Banari icra edəcək.

Qeyd edək ki, noyabrın 4-də Almatıda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.