13:43 02-11-2021
news_image
244
FUTBOL

Millimizi FİFA reytinqində nə gözləyir: 22 xal qazanc, yoxsa 13 xal itki?

Azərbaycan millisinin noyabr perspektivi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bu ay baş tutacaq qarşılaşmaların FİFA reytinqinə təsiri bəlli olub.

Noyabrın 11-də DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqla, üç gün sonra isə yoldaşlıq görüşündə Qətərlə keçiriləcək matçlarda hətta heç-heçə komandamızın kiçik də olsa xeyrinə olacaq. Hazırda 1146 xalla dünyanın 119-cusu olan Canni de Byazinin yetirmələri aktivini artırmaq üçün uduzmamalıdır. Hətta Lüksemburqa uduzub, Qətərə qalib gəlmək də aktivimizdən xalların silinməsinə mane olmayacaq. Bunun əksi isə 12 xallıq qazanc gətirəcək.

Yığmamız Bakı Olimpiya Stadionundakı hər iki qarşılaşmada rəqiblərini məğlub edə bilsə, ümumilikdə 22 xal qazanacaq. Bu, reytinqimiz xalımızı 1168-ə yüksəldəcək.

İki məğlubiyyət isə təxminən 13 xal itkisi deməkdir. Xal hesabımız 1133-ə qədər azala bilər. Xal dəyişikliyi mövqeyə də təsirsiz ötüşməyəcək. Ancaq buna reytinqin qonşu pillələrindəki komandaların nəticələri də təsir edəcək.

Qeyd edək ki, növbəti FİFA reytinqi noyabrın 25-də açıqlanacaq

DÇ-2022-nin seçmə mərhələsi
11 noyabr. Azərbaycan – Lüksemburq

Qələbə: 14,6
Heç-heçə: 2,1
Məğlubiyyət: -10,4

Yoldaşlıq görüşü
14 noyabr. Azərbaycan – Qətər

Qələbə: 7,5
Heç-heçə: 2,5
Məğlubiyyət: -2,5