14:00 02-11-2021
news_image
249
FUTBOL

“Sabah”ın yeni baş məşqçisini “təriflədi” - təfərrüatları açıqlamadı

“Krasnodar”ın futbolçusu Daniil Utkin bu yay “Axmat”a icarəyə verilməsini yenicə “Sabah”a baş məşqçi təyin olunan Murad Musayevlə əlaqələndirib.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi ötən mövsümün gedişində 38 yaşlı mütəxəssislə fərdi söhbətdən sonra vəziyyətin onun üçün çıxılmaz hala çevrildiyini söyləyib.

Musayevi prinsip aparan məşqçi kimi qələmə verən Utkin heyətə düşə bilməyəcəyini görüncə, ayrılmaq qərarına gəldiyini deyib: “Krasnodar” bazasında niyə görünmədiyimi Murad Musayev izah etdi? Bəli, onunla danışdım. Məhz həmin söhbətdən sonra oynamamağa başladım. Halbuki bu, adi söhbət idi, heç kim səsini də yüksəltmədi. Ancaq fakt odur ki, məhz həmin söhbətdən sonra oynamağımın qarşısı alındı. Aramızdakı danışığın təfərrüatlarını açıqlamaq istəmirəm, çünki bu artıq şəxsi məsələdir”.

Qeyd edək ki, apreldə “Krasnodar”dan istefa verən Murad Musayev “Sabah”la 2 illik müqavilə imzalayıb. Klubun yetirməsi olan Daniil Utkin isə əsas komandanın heyətində 64 matçda iştirak edib.