00:00 03-11-2021
news_image
325
FUTBOL

Kontenin “Tottenhem”də görmək istədiyi “trio”

“Tottenhem”in yeni baş məşqçisi Antonio Konte qış transfer fəaliyyətinə başlayıb.

Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis artıq 3 futbolçunun London klubuna keçidinə çalışır.

O, “Fiorentina”nın hücumçusu Duşan Vlahoviç, “Milan”ın yarımmüdafiəçisi Frank Kessie və “İnter”in müdafiəçisi Stefan de Vreyi Premyer Liqa komandasında sərəncamında görməkdə maraqlıdır. Londonluların çalışdırıcıya qış transferləri üçün 180 milyon avro ayırmağa hazır olduğu bildirilirib.

Britaniya mətbuatı isə Antonio Kontenin “Tottenhem”lə müqavilə imzalamaq üçün artıq Londona uçduğunu yazıb. Müqavilə müddəti 2023-cü ilin yayına qədər olacaq.