16:06 02-11-2021
news_image
139
FUTBOL

“Tottenhem” yeni baş məşqçisini açıqladı

“Tottenhem”in yeni baş məşqçisi rəsmən müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubu Antonio Konteni bu posta gətirdiyini açıqlayıb.

İtaliyalı mütəxəssislə aparılan danışıqlar artıq müsbət yekunlaşıb və o, londonlularla 2023-cü ilin yayına qədər nəzərdə tutulan sazişə qol çəkib.

Qeyd edək ki, “Tottenhem” uğursuz nəticələrdən sonra baş məşqçi Nuno Eşpirito Santonu dünən istefaya göndərib.