16:46 02-11-2021
news_image
181
FUTBOL

Messi zədədən qayıdacağı vaxt bilindi

PSJ-nin hücumçusu Lionel Messi bir müddət komandadan kənar qalacaq.

Apasport.az saytının məlumatına görə, Paris təmsilçisi 34 yaşlı forvardın dizindən aldığı zədə səbəbindən qeyri-müəyyən müddətə sıradan çıxdığını açıqlayıb.

Məlum olub ki, Messi sentyabrda Argentina millisinin heyətində Venesuela (3:1) ilə matçda zədələnib və qarşıdakı bir neçə oyunu buraxacaq. Həmin vaxtdan ayağında ağrılar hiss edən Leonun bərpası zaman alacaq. Superulduz Madriddəki klinikalardan birində reabilitasiya kursu keçməyi planlaşdırır.

Messi DÇ-2022-nin seçmə mərhələsində noyabrın 17-də Braziliya ilə keçiriləcək qarşılaşmaya qədər sağalmağa çalışır.