23:31 02-11-2021
news_image
259
FUTBOL

Millinin futbolçusunun 120 minlik saatı oğurlandı

Fransa millisinin sabiq futbolçusu Sabri Lyamuşinin saatı oğurlanıb.

Apasport.az saytının məlumatına görə, saatın dəyəri 120 min avroya bərabər olub.

Hadisə yerli otellərin birində baş verib. Lyamuşi dostunun müşayiəti ilə iki nəfərlə görüşərək, “Richard Mille” İsveçrə saatını onlara satmağa razılaşıb. Lakin sonradan sövdələşmənin tələ olduğu ortaya çıxıb.

Həmin şəxslər görüş zamanı 50 yaşlı mütəxəssisin saatını götürərək, pulunu verməyib, maşına minərək oradan qaçıblar. Lakin oğrular polis tərəfindən yaxalanıb. Saat şübhəlilərdən birinin qolunda olub.

Qeyd edək ki, Sabri Lyamuşi karyerası ərzində “Monako”, “Parma”, “İnter”, “Cenoa”, “Marsel” kimi klubların formasını geyinib, ötən il Qətər təmsilçisi “Əl-Duhail”i çalışdırıb.