17:49 02-11-2021
news_image
154
FUTBOL

Mourinyo koronavirus protokolunu pozdu

“Roma”nın baş məşqçisi Joze Mourinyo koronavirus protokolunu pozub.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis İtaliya A seriyasının XI turunda “Milan”la keçirilən oyundan (1:2) əvvəl buna əl atıb.

Yeni qaydalara əsasən, komandalar stadiona ayrıca daxil olmalı, paltardəyişmə otağına gedən yoldan keçməməlidir. Buna baxmayaraq, Mourinyo “Roma”nın paltardəyişmə otağına milanlı futbolçular hələ də tribunada ikən daxil olub. Stadionun təhlükəsizlik işçiləri vəziyyətlə bağlı klub rəhbərliyini məlumatlandırsalar da, əlavə tədbir görülməyib.

Qeyd edək ki, Joze Mourinyonun A seriyasında evdə 43 oyunluq məğlubiyyətsizlik seriyasına məhz “Milan”la qarşılaşmada son qoyulub.