00:37 03-11-2021
news_image
234
FUTBOL

Xavinin “Barselona”dan ilk tələbi

“Barselona”nın baş məşqçisi postuna təyinatı gözlənilən Xavi Ernandes rəhbərliyə ilk istəyini bildirib.

Apasport.az saytının məlumatına görə, 41 yaşlı mütəxəssis yarımmüdafiə xəttinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Sabiq kapitan “Mançester Yunayted”in orta sahə oyunçusu Pol Poqbanın transfer olunmasını istəyib. Maraqlıdır ki, kataloniyalılar artıq bir müddətdir ki, Poqba ilə danışıqlar aparır. Fransa millisinin üzvünün “mankunianlar”la müqavilə müddəti mövsümün sonuna qədərdir.

Qeyd edək ki, “Barselona” rəhbərliyi hazırda “Əl-Sədd”in baş məşqçisi olan Xavinin keçidini rəsmiləşdirmək üçün bu həftə Qətərə səfər edəcək.