10:25 03-11-2021
news_image
138
FUTBOL

Trezegenin rekordu təkrarlandı

“Yuventus”un yarımmüdafiəçisi Federiko Kyeza klubun tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı futbolçu Çempionlar Liqasının qrup mərhələsində “Zenit”lə oyunda bunu bacarıb.

Komandasının 4:2 hesablı qələbəsinə 1 qolla töhfə verən İtaliya millisinin üzvü Çempionlar Liqasında ardıcıl 4 ev oyununda fərqlənməyi bacaran ikinci “Yuve”lidir. O, “qoca sinyora”nın sabiq hücumçusu David Trezegeyə məxsus rekordu təkrarlayıb. Fransalı 20 il əvvəl – 2001-ci ilin noyabrında turnirin ardıcıl 4-cü ev matçında qol vurub.

Qeyd edək ki, ilk 4 turda 12 xal qazanan “Yuventus” 1/8 final mərhələsinə vəsiqəni rəsmiləşdirib.