12:04 03-11-2021
news_image
352
TOP OYUNLARI

Reytinq açıqlandı: Yığmamız Finlandiya və Boliviyanın səviyyəsində

Voleybol üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, FİVB-in siyahılarında Azərbaycan yığmaları da yer alıb.

Qadınlardan ibarət millimiz 113 xalla dünyanın 52-ci komandasıdır. Yığmamız eyni xala malik olduğu Finlandiya və Boliviyadan əlavə göstəricilərdə geri qalır.

Cədvələ ABŞ (379), Braziliya (366) və Çin (350) milliləri başçılıq edir.

Kişi voleybolçularımız 96 xalla 56-cıdır. Eyni xala malik Danimarka 57-ci sırada yer alıb.

Siyahının ilk üç pilləsində Braziliya (399), Polşa (384) və Rusiya (352) komandaları qərarlaşıb.