14:37 03-11-2021
news_image

6 cüdoçumuz “onluq”da – Orucovdan 5 pilləlik uğur

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq siyahısını açıqlayıb. 

Apasport.az saytının məlumatına görə, yeni cədvəl Azərbaycan millisinin üzvləri üçün uğurlu alınmayıb. 

İlk “10-luq”da yığmamızın cəmi 6 idmançısı yer alıb. Onlardan ən yaxşı nəticə Rüstəm Orucov (73 kq), Zelim Kotsoyev (100 kq) və İrina Kindzerskaya (+78) məxsusdur. Bu cüdoçuların hər biri öz çəkisində 6-cı pillədə qərarlaşıblar. Olimpiya mükafatçımız Orucov 5, millimizdə taleyi qaranlıq olan Kotsoyev 1 pillə irəliləyibsə, xanım legionerimiz 1 rəqibini özündən irəli buraxıb. 

Digər cüdoçularımızdan Məmmədəli Mehdiyev (90 kq) mövqeyini qoruyub - 9-cu yer. 66 kq-da mübarizə aparan Orxan Səfərov da eyni pillədədir. O, komanda yoldaşından fərqli 4 rəqibini qabaqlamaqla “10-luğ”a daxil olub. 

Hazırda hərbi xidmətdə olan Kəramət Hüseynov (60 kq) isə 3 pillə geriləməklə 10-cu yerə enib.