15:24 03-11-2021
news_image
270
FUTBOL

“Kayrat”ın futbolçusu azarkeşlərə səsləndi: “Gəlin, meydanı istilədək”

“Düşünürəm ki, hava şəraiti oyuna mane olmamalıdır”.

Apasport.az saytının məlumatına görə, bunu Qazaxıstanın “Kayrat” klubunun futbolçusu Rade Duqaliç “Qarabağ”a qarşı keçiriləcək Konfrans Liqasının qrup mərhələsinin IV tur oyunundan əvvəl mətbuat konfransında deyib.

Müdafiəçi Almatıdakı soyuq hava şəraitinə artıq öyrəşdiklərini bildirib: “Biz artıq alışmışıq ki, Almatıda soyuq ola bilər. Bu, futbol üçün normaldır, məncə, yaxşıdır. Hamı gəlib bizi dəstəkləsə, tribunada, o cümlədən meydanda isti olacaq”.

Qeyd edək ki, sabah Almatıda keçiriləcək “Kayrat” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.