16:40 03-11-2021
news_image

Güləşçilərimiz dünya çempionatında startda uduzdular

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, üçüncü yarış günündə 2 qadın güləşçimiz mübarizəyə qoşulub.

Şəhanə Nəzərova debütdə Çin Taypeyindən olan rəqibinə məğlub olub.

Yarışa 1/4 finaldan qoşulan Elnurə Məmmədova isə türkiyəli güləşçiyə uduzub.

50 kq
Təsnifat: Şəhanə Nəzərova - Yunq Lin (Çin Taypeyi) 3:5

55 kq
1/4 final: Elnurə Məmmədova - Eda Tekin (Türkiyə) 5:10