22:39 03-11-2021
news_image
139
FUTBOL

Dembele qərarını açıqladı

“Barselona”nın yarımmüdafiəçisi Usman Dembele komandada qalmaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumameyilli oyunçu kataloniyalılarla yeni saziş imzalamaq arzusunda olduğunu etiraf edib.

Fransa millisinin üzvü hazırda davam edən danışıqların tezliklə müsbət yekunlaşacağına ümid edir. La Liqa təmsilçisi də Dembeleni saxlamağı planlaşdırdığından, danışıqlar yekun mərhələyə qədəm qoyub. “Barsa” rəhbərliyi yeni sözləşmənin bu ay imzalanmasına ümid edir.

Qeyd edək ki, Usman Dembele “Mançester Yunayted”, “Yuventus” və “Çelsi”dən maraq dairəsindədir. Onun müqavilə müddəti mövsümün sonuna qədərdir.