23:19 03-11-2021
news_image
157
FUTBOL

Keyn Konteyə görə fikrini dəyişdi

“Tottenhem”in hücumçusu Harri Keyn komandasını dəyişmək fikrini dəyişib.

Apasport.az saytının məlumatına görə, mövsümün əvvəlində paytaxt klubundan ayrılmaq üçün hətta məşqlərə də qatılmayan 28 yaşlı forvard indi qalmaq qərarına gəlib.

İngiltərə millisinin üzvünün qərarını dəyişməsi yenicə baş məşqçi postuna gətirilən Antonio Konte ilə bağlıdır. O, italiyalı mütəxəssisin komandaya titullar uğrunda mübarizə aparmağa kömək edəcəyinə inanır.

Qeyd edək ki, “Tottenhem” rəhbərliyinin Antonio Konteyə transferlər üçün 150 milyon funt sterlinq ayıracağı bildirilir.