17:43 03-11-2021
news_image
185
FUTBOL

Xavinin “Barselona” ilə müqavilə bağlayacağı gün müəyyənləşdi

“Barselona” baş məşqçi postu üçün şəxsi razılıq əldə etdiyi Xavi Ernandesin keçidi ilə bağlı onun hazırda çalışdırıcısı olduğu “Əl-Sədd” klubu ilə ortaq məxrəcə gəlib.

Apasport.az saytının məlumatına görə, danışıq üçün Qətərə yollanan Kataloniya klubunun rəsmiləri qarşı tərəflə anlaşıb.

İspaniya nəhəngi qətərlilərin 1 milyon avroluq təzminat haqqını ödəməyə razılıq verib. “Əl-Sədd”lə sözləşməsi 2023-cü ilə qədər olan 41 yaşlı mütəxəssis yaxın günlərdə vətənə qayıdacaq. “Barselona” rəhbərliyi isə noyabrın 8-də Xavini baş məşqçi kimi təqdim etməyi planlaşdırır. Əfsanəvi kapitanla müqavilə 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Xavi 2019-cu ilin mayından “Əl-Sədd”in sükanı arxasındadır.