22:11 03-11-2021
news_image
161
FUTBOL

“Real”ın istədiyi 19 yaşlı futbolçu

“Fulhem”in yarımmüdafiəçisi Fabio Karvalyu İspaniyaya köçə bilər.

Apasport.az saytının məlumatına görə, gənc hücumameyilli oyunçu “Real”ın maraq dairəsindədir.

19 yaşlı futbolçu klubu ilə müqavilə müddətini uzatmaq üçün İngiltərənin bir neçə klubundan gələn təklifi rədd edib. Ancaq o, “kral klubu”nun formasını geyinməyin əleyhinə deyil. Yarımmüdafiəçi əslən portuqaliyalı olsa da, İngiltərənin U-21 yığmasında çıxış edir. 

Qeyd edək ki, “Fulhem”lə müqavilə müddəti mövsümün sonuna qədər olan Karvalyu bu mövsüm 6 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.