09:05 04-11-2021
news_image
174
FUTBOL

Çuma Anene: “Qarabağ”ın məşqçisi olsaydım...”

“Məncə, “Kayrat”ın qalib gəlmək şansı var”.

Apasport.az saytının məlumatına görə, bunu Norveçin “Sandefyord” klubunun futbolçusu Çuma Anene Konfrans Liqasının qrup mərhələsində keçiriləcək “Kayrat” – “Qarabağ” oyunu barədə danışarkən deyib.

Vaxtilə Qazaxıstan klubunun formasını geyinmiş 28 yaşlı hücumçu Azərbaycan təmsilçisinin daha güclü olduğunu etiraf edib: “Qarabağ”ın daha güclü komanda olduğunu düşünürəm. Bununla belə, “Kayrat” son üç döyüşündə qalib gəlsə, qrupdan çıxmaq şansı olacaq. Bunun mümkün olub-olmadığını görəcəyik. Əlbəttə ki, ehtimal kiçikdir”.

Almatıda baş tutacaq görüşlə bağlı proqnoz verən norveçli forvard “Qarabağ”ı üstün sayıb: “Qarabağ”ın qalib gələcəyini gözləyirəm. Görüş darıxdırıcı ola bilər, amma yekunda Azərbaycan komandası 1:0 hesablı qələbə qazanacaq. Düşünürəm ki, almatılılar bu gün ya qalib gələcək, ya da uduzacaq. Ardından qrupdan çıxmaq şansı bitəcək. “Kayrat” risk etməli olacaq”.

O, ağdamlıların qrupda bütün maneələri dəf etdiyini düşünür: “Ancaq növbəti mərhələdə iştirakı təmin etmək üçün “Kayrat”ı məğlub etmək istəyəcəklər. Mən qonaqların məşqçisi olsaydım, bütün güclü oyunçuları döyüşə atardım. Sonra lazım gələrsə, son iki matçda gənclərə təcrübə keçmək imkanı yaradardım. Təəssüf ki, “Kayrat”ın revanşı ala biləcəyini düşünmürəm”.

Qeyd edək ki, bu gün keçiriləcək “Kayrat” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.