10:43 04-11-2021
news_image
88
FUTBOL

Halandın ili başa vurduğu təsdiqləndi

Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandın durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, atası Alf-İnqe Haland oğlunun bud nahiyəsindən aldığı zədənin ciddi olduğunu açıqlayıb.

O, Norveç millisinin üzvünün bu səbəbdən 2021-ci ildə meydana çıxmayacağını söyləyib: “Vəziyyəti o qədər də ağır deyil. Lakin müəyyən müddəti buraxmalı olacaq. Erlinq çətin ki, yeni ilə qədər komandasına kömək edə bilsin”.

Qeyd edək ki, 21 yaşlı Erlinq Haland cari mövsüm “Borussiya”nın heyətində 10 oyun keçirib, 13 qol vurub, 4 məhsuldar ötürmə verib.