11:04 04-11-2021
news_image
72
FUTBOL

Lüksemburqlu futbolçu Azərbaycanla oyunu buraxacaq

Lüksemburq yığması DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi ilə matça itki ilə çıxacaq.

Apasport.az saytının məlumatına görə, təcrübəli müdafiə Lars Gerson Bakıya gəlməyəcək.

Buna səbəb 31 yaşlı mərkəz müdafiəçisinin yenidən zədələnməsidir. Uzunmüddətli zədədən yenicə qayıdan Gerson yeni klubu “Brann”ın heyətində debüt oyununa çıxsa da, cəmi 11 dəqiqə meydanda qala bilib və zədə ucbatından əvəzlənib.

Həkimlər onun bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb. Futbolçu Norveç çempionatının son 5 turunu, eyni zamanda Azərbaycan və İrlandiyaya qarşı beynəlxalq matçları buraxacaq. Gerson zədə ucbatından yığmada axırıncı oyununu martda Portuqaliyaya qarşı keçirib.

Qeyd edək ki, Lüksemburq DÇ-2022-nin seçmə mərhələsinin son iki turu çərçivəsində noyabrın 11-də Bakı Olimpiya Stadionunda millimizin qonağı olacaq, üç gün sonra İrlandiyanı qəbul edəcək.